RU

Rəşad Sadıqov: Rəqib bura başqa motivasiya ilə gəlib

Rəqib bura başqa motivasiya ilə gəlib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) Bakıda keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qarşılaşmanın gərgin keçəcəyini bildirib:

"Rəqib ümumi hesabı dəyişmək istəyəcək. Futbolçularımın hazırlıq durumu məni qane edir. Bizi gərgin oyun gözləyir. Cavab matçları daha gərgin keçir. İstərdik ki, gözlədiyimizdən rahat oyun olsun. İnçallah, sabah mərhələni keçən tərəf biz olarıq".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Избранный
23
7
yenisabah.az

10Источники