RU

"Səbail"in "Ərzurumspor"la oyununda 4 qol

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən "Səbail" Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun keçirib.
Sport24.az xəbər verir ki, Şahin Diniyevin komandası Türkiyə 1-ci Liqası təmsilçisi "Ərzurumspor"la qarşılaşıb.
Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. "Dənizçilər"in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Qeyd edək ki, "Səbail" daha əvvəl də "Ərzurumspor"la qarşılaşıb və 2:3 hesabı ilə uduzub. Komanda ikinci sınaq matçında "Hatayspor"la heç-heçə edib - 1:1.

Избранный
45
11
sport24.az

10Источники