RU

İdman"Zirə" UEFA Avropa Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.

"Report" xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.

"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

***21:41

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında üçüncü qol vurulub.

"Dalğa Arena"dakı matçda qonaqlar hesabda önə keçib - 2:1.

77-ci dəqiqədə Papa Yade fərqlənib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

***20:13

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında hesab açılıb.

"Dalğa Arena"kı matçda Bakı klubu hesabda önə çıxıb.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

Far.Az

Избранный
74
17
far.az

10Источники