Bu gün 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, turnirdə 8 kollektiv 2 qrupda çıxış edəcək.
A qrupunda Azərbaycan təmsilçisi “Baku Flames”, Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaq. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.
Görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da “Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта