RU

Azərbaycan basketbolçuları bu gün Avropa çempionatında Ermənistanla qarşılaşacaq

Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 19-cu yer uğrunda oyunda Ermənistanla qarşılaşacaq.

Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda görüşdə İsveçrəyə 40:101 hesabı ilə uduzub.

Избранный
63
21
baku.ws

10Источники