RU

Azərbaycan atleti dünya reytinqində 7-cidi

Dünyanın ən güclü çəkicatanlarının reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anna Skidan 7-ci pillədə yer alıb.
 
Təmsilçimizin hesabında 1280 bal var. Cədvələ kanadalı Kamrin Rocers başçılıq edir. Növbəti pillələrdə amerikalı atletlər - Canni Kasanavoid və Deanna Prays qərarlaşıblar.
 
Qeyd edək ki, Anna ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək.

Избранный
47
5
sport24.az

7Источники