RU

Azərbaycanda klub rəhbərinin faciəli şəkildə ölümünün TƏFƏRRÜATI

09:05

Azərbaycanda futbol klubunun rəhbəri suda boğularaq ölüb.

Gundem.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri Rəhman Əliyev Ağdaş rayonunda su kanalında bataraq ölüb.

34 yaşlı Əliyev evliydi, 3 övladı var.

Allah rəhmət eləsin!

***

"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.

Gundem.az Oxu.az-a istinadən xəbər verir ki,  Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.

F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.

Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.

Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.

 

Избранный
126
10
gundem.az

10Источники