RU

İdman"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

***21:34

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" arasında keçirilən görüşdə növbəti qol vurulub.

Ağdam təmsilçisi növbəti qolu vurmağı bacarıb.

75-ci dəqiqədə Toral Bayramov adını tabloya yazdırıb.

***20:47

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" arasında keçirilən görüşdə hesab açılıb.

Ağdam təmsilçisi hesabda önə keçib. 45+2-ci dəqiqədə Juninyo fərqlənib.

Bununla da tərəflər fasiləyə 1:0 hesabı ilə yollanıblar.

***20:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.

Qarşılaşma “Europa Point Stadium”da keçirilir.

Görüşü macarıstanlı İştvan Vad idarə edir.

Far.Az VİDEO

Избранный
70
23
far.az

10Источники