RU

"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başladı - TAM OYUN

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

Hurriyyet.Az Redaktor.Az-a istinadla xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.

Hurriyyet.Az Redaktor.Az-a istinadla xəbər verir ki, qarşılaşma “Europa Point Stadium”da keçirilir.

Görüşü macarıstanlı İştvan Vad idarə edir.

Избранный
70
23
hurriyyet.az

10Источники