RU

"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq

\"Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.

Bunu \"Report”a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.

Klub rəsmisi futbolçunun zədəsi haqqında danışıb:

\"Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək\".

Qeyd edək ki, Musa Qurbanlı \"Qarabağ\"a bu yay İsveçin \"Yurqorden\" klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Избранный
85
13
azxeber.com

10Источники