RU

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.

Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Həmçinin üç region - Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşmanın təsdiqlənməsi təmin olunmalıdır. Fransa nümayəndə heyəti bu tələblərin hökumətin lazımi vəziyyətdə olduğu zaman həyata keçiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

Избранный
67
7
cbcsport.az

8Источники