"Qızıl Fırça" Bakıxanov Sənət Mərkəzinin gənc rəssamlarının iştirakı ilə Abşeron Milli Parkında "Şahdili peyzajı-Təbiətdən tabloya" adlı tədbir keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan tədbirdə gənc fırçaçılar dənizlə qurunun birləşməsi fonunda Şahdilini və onun gün batımını əks etdirən füsunkar mənzərəsini tablolara həkk edərək ictimaiyyətin diqqətini təbiət guşələrinin qorunmasının zəruriliyinə cəlb etmək istəyib.