RU

“Sabah” DeAndre Uilyamsla müqavilə bağladı

Transfer çalışmalarını davam etdirən “Sabah” Basketbol Klubu yeni mövsüm öncəsi sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, amerikalı basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan çempionunun heyətinə cəlb olunub.

206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan “Tayvan Beer Leopards” klubunda çıxış edib. DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA Birinci Divizionunda iştirak edən “Memfis Tiqers” klubunda oynayıb.

Xatırladaq ki, “Sabah” daha öncə Amerika Birləşmiş Ştatlarından olan Hassani Qravett, Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klav Çavarı və Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçi də heyətinə qatdığını açıqlamışdı. Onlarla da 2 illik müqavilə imzalanmışdı.

Mayk Holton, Artyom Butyankov, Kamron Blu, Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov da klubla yeni müqaviləyə imza atıblar.

Избранный
25
13
arena.az

10Источники