"Ağ-göylər"ə yeni mövsümdə Liam Rosenor rəhərlik edəcək. 40 yaşlı ingiltərəli mütəxəssislə 3 illik müqavilə bağlanıb. O, bu postda Fransa yığmasının keçmiş futbolçusu Patrik Viyeranı əvəzləyib.
Rosenor son olaraq ölkəsinin "Hall Siti" klubunu çalışdırıb.
Əlavə edək ki, "Strasburq" ötən mövsüm Liqa 1-i 13-cü sırada başa vurub.