Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini - Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin namizədliyi qeydə alınıb. VHP-dən "Sherg.az"a bildirilib ki, Samir Əsədli 1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsində mübarizə aparacaq. Qeyd edək ki, Samir Əsədli 1983-cü ildə Yardımlının Bilnə kəndində anadan olub. 2001-ci ildən VHP-nin üzvüdür. Partiyada Gənclər Təşkilatının sədri, Təşkilat Şöbəsinin müdiri və partiya sədrinin müşaviri olub. Dünya Azərbaycanlıları Konqresinin Daimi Katibliyinin rəhbəridir. O, 2023-cü ildə ABŞ Konqresinin dəstəyi ilə Vaşinqton şəhərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində "Gənc liderlər" kursunu bitirib. Türkiyə, Almaniya, İraq, Gürcüstan, İsveç, Belçika, Ukraynada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib. S.Əsədli 2010-cu ildə 64 saylı Sabirabad kənd, 2015-ci ildə 11 saylı Qaradağ və 2020-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Samir Əsədli deyib ki, doğma el-obasının layiqli vəkili olmağa tam iddialıdır: "Təbiəti kimi insanları da saf olan bu bölgənin problemlərini və çıxış yollarını bilirəm. Buna görə də özümü rəqiblərimdən bir addım öndə görürəm".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта