RU

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.


Belə ki, "Ford" markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Избранный
90
37
yenilik.az

10Источники