RU

Paris-2024: Novak Cokoviç inamlı qələbə qazanıb

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk oyununu keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı təcrübəli idmançı I turda avstraliyalı Mettyu Ebdenlə üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:0, 6:1).

O, 1/16 finalda Marton Fuçoviç (Macarıstan) - Rafael Nadal (İspaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

"Cebheinfo.az"

Избранный
46
9
cebheinfo.az

10Источники