Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
O, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.
Dımçenko məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edib.
Beləliklə, idmançımız 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da gerçəkləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.