RU

Qurban Qurbanov: "Cavab matçının mahiyyəti bizim üçün önəmlidir"

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Cəbəllütariqin "Linkoln" klubu ilə oyunöncəsi mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis bu görüşün Ağdam təmsilçisi üçün önəmli olduğunu söyləyib:

"Öz stadionumuzda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. İlk matçda qalib gəlmişik. Çox yaxşı müdafiə olunmağı bacaran komandaya qaşrı mübarizə aparacağıq. "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir. Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə təşkil edilən ilk görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç "CBC Sport"la futbolsevərlərə canlı təqdim ediləcək.

Избранный
71
20
cbcsport.az

10Источники