RU

Qurbanov: Yeni futbolçular transfer etmək istəyirik!

Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu görüşün Ağdam təmsilçisi üçün önəmli olduğunu söyləyib:

"Əlimizdə olan heyətlə bütün oyunlara hazır olmalıyıq. Bununla belə, baş məşqçi olaraq istərdim ki, heyətə bir neçə futbolçu daha cəlb edim. Çünki mövsümün gedişində zədəli oyunçular ola bilər. Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik".

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
26
13
qaziler.az

10Источники