RU

Qurban Qurbanov "Linkoln"la matçın önəmindən DANIŞDI

"Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir.

Bizim.Media  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu görüşün Ağdam təmsilçisi üçün önəmli olduğunu söyləyib:

"Öz stadionumuzda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. İlk matçda qalib gəlmişik. Çox yaxşı müdafiə olunmağı bacaran komandaya qaşrı mübarizə aparacağıq. "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir. Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

Избранный
66
20
bizim.media

10Источники