RU

Paris-2024: Azərbaycan badmintonçusu mübarizəni dayandırdı

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Tribunainfo.az-ın məlumatına görə, idmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub – 0:2 (13:21, 11:21).
O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı – 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Избранный
40
22
tribunainfo.az

10Источники