RU

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür ŞƏRH

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Bu Fərman Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də ulu öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanunda dövlət dilinin işlənməsi, inkişafı, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər nəzərdə tutulub.

Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbayca dilinə qayğı Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb. Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixili Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Svetlana Mirzəyeva

YAP Qusar rayon təşkilatının fəalı

Избранный
151
50
sesqazeti.az

10Источники