RU

Azərbaycanda klub rəhbəri faciəvi şəkildə həlak oldu

Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.

APA-nın Şirvan bürosu xəbər verir ki, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

idmanxeber.az saytının yazdığına görə, çayda boğularaq faciəvi şəkildə dünyasını dəyişən Rəhman Əliyev ötən mövsüm Azərbaycan II liqasında yarışmış "Ağdaş" futbol klubunun rəhbəri olub. 

34 yaşlı Əliyev evliydi, 3 övladı var.

Allah rəhmət eləsin!

Избранный
147
7
azxebersport.az

10Источники