RU

"Sabah"ın baş məşqçisi: İlk matçdakından daha yaxşı çıxış etməliyik

Qalib gəlmək üçün səfərdəkindən daha yaxşı çıxış etməliyik.

Bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Bakıda İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis doğma azarkeşlər önündə mövsümün ilk matçına çıxacaqlarını bildirib:

"Bizi cütün ikinci görüşü gözləyir. Rəqib çox möhtəşəm klubdur. Çox ağır oyun olacaq. Əlimizdən gələni edib qələbə qazanmalıyıq".

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu üç cavabsız qolla üstün olub.

"Cebheinfo.az"

Избранный
37
7
cebheinfo.az

8Источники