İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, tərəflər HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsini müzakirə edib.
İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib, İƏT XİN rəhbərlərini təcili toplantıya çağırıb.
Musavat.com