RU

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Fins.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma III turda Fransa ilə qarşılaşıb.

Görüş komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.

Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.

Kaira Ağayeva 

Fins.az

Избранный
78
7
fins.az

10Источники