RU

Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olan şikayət əsasında həyata keçirilən tədbirlərlə özünü polis əməkdaşı kimi təqdim edən Babək rayon sakini Məhəmməd Maqsudov saxlanılıb.

Araşdırmalarla onun özünü Şahin adlı polis əməkdaşı kimi təqdim edərək müxtəlif qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edilib.


BiG.Az
Избранный
225
34
big.az

10Источники