Almaniyanın \"Nürnberq\" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.
Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu bu gün \"qırmızı-qaralar\"la 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın \"Dinamo\" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.