RU

Paris-2024: Günün proqramı

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Sport24.az xəbər verir ki, həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
 
İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.
O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.
 
Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.
 
Saat 13:00-da Osman Nurmaqomedov (86 kq) monqolustanlı Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.
 
Hər iki idmançımız 1/8 finaldan başlayacaq.
 
Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
 
12:00. Bədii gimnastika, fərdiTəsnifat mərhələsi, 1-ci hissəZöhrə Ağamirova
13:30. Sərbəst güləş, 57 kq1/8 finalƏliabbas Rzazadə
13:30. Sərbəst güləş, 86 kq1/8 finalOsman Nurmaqomedov
17:00. Bədii gimnastika, fərdiTəsnifat mərhələsi, 2-ci hissəZöhrə Ağamirova
20:15. Yunan-Roma güləşi, 67 kqBürünc medal görüşüHəsrət Cəfərov

Избранный
46
18
sport24.az

10Источники