RU

Osman Nurməhəmmədov qalib gəldi, Əliabbas Rzazadə uduzdu

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Arena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Osman Nurməhəmmədov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Nazem Aminlə görüşəcək.

Azərbaycanın digər sərbəst güləşçisi Əliabbas Rzazadə də bu gün Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 57 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib. Rzazadə rəqibinə məğlub olub – 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Hər iki çəki dərəcəsi üzrə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Избранный
104
1
arena.az

10Источники