Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.Reyting.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq(Report).