RU

Paris-2024: Osman Nurmaqomedov dörddəbir finalda məğlub oldu

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı dörddəbir final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.

Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Избранный
96
14
news365.az

10Источники