RU

Osman Nurmaqomedov yarışı mükafatsız başa vurub

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Redaktor.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi- San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib.

Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Избранный
94
12
redaktor.az

10Источники