Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib. Matc.az xəbər verir ki, mərasimdə üçrəngli bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastımız Zeynəb Hümbətova dalğalandıracaq. Bağlanış mərasimi avqustun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта