Azərbaycan Premyer Liqasında II turun daha bir görüşü keçirilib.Tovuz şəhər stadionunda baş tutan matçda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.Oyub meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmada yeganə qolu 34-cü dəqiqədə Xəyal Nəcəfov qonaqların qapısından keçirib.Bu nəticənin ardından qərb təmsilçisi baş məşqçi Kurban Berdıyevin rəhbərliyi altında ilk qalibiyyətini alıb.Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта