RU

Baş məşqçi: "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur

Qətiyyətlə deyə bilərəm ki, "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur.

“İki sahil” xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis Ağdam təmsilçisinin ciddi rəqib olduğunu bildirib: "Bizim də heyətimiz genişdir. Bernard Tekbetey zədəli olsa da, digər futbolçularla mübarizə aparacağıq. Rəqib komandanın oyunçularını indi daha yaxşı tanıyırıq. Onlar çox rahat oynaya bilir və qol vurmağı bacarırlar".

Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

Избранный
10
3
ikisahil.az

4Источники