RU

"Qarabağ" qol vurmağı bacaran komandadır" - Georgi Dermençiyev

"Qətiyyətlə deyə bilərəm ki, "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur".

Prosport.Az xəbər verir ki, bunu "Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanda "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis Ağdam təmsilçisinin ciddi rəqib olduğunu bildirib: "Bizim də heyətimiz genişdir. Bernard Tekbetey zədəli olsa da, digər futbolçularla mübarizə aparacağıq. Rəqib komandanın oyunçularını indi daha yaxşı tanıyırıq. Onlar çox rahat oynaya bilir və qol vurmağı bacarırlar".

Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş ilk matçda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Избранный
9
3
prosport.az

4Источники