RU

İki ölkə Zəngəzura girdi: biri ordu ilə, digəri isə… – GƏRGİNLİK ARTIR

İranın Qafandakı baş konsulu Mortez Varamin iddia edib ki, Zəngəzurdakı mədəniyyət, adət-ənənə İranla çox yaxındır. O, İranın sözügedən bölgə ilə bağlı planları olduğuna eyham vurub. Varaminin sözləri İranın Zəngəzuru ideoloji silahla farslaşdırma siyasəti kimi dəyərləndirilir.İranın Zəngəzurda aktivləşməsi fonunda ABŞ hərbçilərinin bölgəyə yerləşməsi xəbərləri yayılıb.Maraqlıdır, iki ölkənin Zəngəzura marağı nədən irəli gəlir? Burada ABŞ-İran mübarizəsinin səbəbi nədir?İran Nikol Paşinyanın səmimi olmadığını anlayır:“Paşinyan və Ermənistan üçün təhlükə yarananda İran real dəstək göstərib. Hətta rəsmi İrəvanla hərbi saziş imzalayaraq ərazisinə öz hərbçilərini yollamaq istəyirdi. Ermənistan İrandan istifadə edərək öz təhlükəsizliyini qoruyub saxladı. Lakin daha sonra ABŞ və Aİ missiyalarını öz ərazisində cəmlədi. Belə olan halda İran da öz gözləntilərini sərt formada Nikol Paşinyanın diqqətinə çatdırdı”.Politoloq vurğulayıb ki, Zəngəzur mühüm nəqliyyat yollarının qovşağı olacaq:“Azərbaycan Ermənistanla nəqliyyat, kommunikasiya xətlərinin açılmasının yalnız Zəngəzur dəhlizi vasitəsilə mümkün olacağını bildirib. İran və ABŞ-ın Zəngəzuru yüksək səviyyədə diqqətdə saxladığını da görürük. Belə ki, bu yolla regionda öz maraqlarını reallaşdırmaq istəyirlər.ABŞ-ın Ermənistana hərbçilərini yerləşdirməsinin Zəngəzur dəhlizi üçün olması istisna deyil. Digər tərəfdən rəsmi Tehran ümumiyyətlə Ermənistan üzərindən nəqliyyat, kommunikasiya xətlərinin açılmasında maraqlı deyil. Ona görə də buna əks fikirlər səsləndirir. ABŞ isə kommunikasiyaların məhz Ermənistan üzərindən keçməsini istəyir. Bunun üçün də mübarizə aparır.Bu gün Birləşmiş Ştatların hərbçilərinin Ermənistanda yerləşdirilməsinin əsas məqsədi, rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərar qəbul etməsi fonunda marşrutu və fəaliyyət rejimi ilə bağlı məlumat almaq və yolun təhlükəsizliyinə nəzarəti həyata keçirə bilməkdir”./Globalinfo.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç

.temu-reklam {background-color: #f8f9fa;border: 1px solid #dedede;padding: 20px;border-radius: 8px;text-align: center;font-family: Arial, sans-serif;margin: 20px 0;}

.temu-reklam h2 {color: #ff4500;font-size: 24px;margin-bottom: 15px;}

.temu-reklam p {color: #333;font-size: 16px;margin-bottom: 20px;}

.temu-button {background-color: #ff4500;color: #fff;padding: 10px 20px;text-decoration: none;border-radius: 5px;font-weight: bold;}

.temu-button:hover {background-color: #e03e00;}

Избранный
126
9
bizimshow.az

2Источники