"Zirə"nin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.
“Football-plus.az” xəbər verir ki, paytaxt təmsilçisi 3-cü təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə qarşılaşacaq.
3-cü təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта