RU

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Sitat.info xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək./Report

Избранный
42
15
sitat.info

10Источники