RU

Avrokuboklar tarixində ən uzun penaltilər seriyası oynanılıb

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən Niderlandın "Ayaks" klubu ilə Yunanıstanın "Panatinaikos" kollektivi arasındakı matçda qitə kubokları tarixinin ən uzun penaltilər seriyası qeydə alınıb.

Bu cütün qalibi penaltilər seriyasında müəyyənləşib.

Komandalar hərəyə 17 zərbə vurub. Niderland klubu 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib. Bu, avropakuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.

Qeyd edək ki, Amsterdamda baş tutan qarşılaşmanın əsas vaxtı Yunanıstan klubunun 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda isə Niderland təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

Избранный
4
7
cbcsport.az

9Источники