RU

İnformasiya və kommunikasiya texnologiyaları olmadan dünyamızı təsəvvür etmək olmaz - TƏHLİL

İnformasiya və kommunikasiya texnologiyalarının artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olduğu danılmazdır. Çünki informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Məhz elə bu baxımdan da informasiya və kommunikasiya texnologiyaları olmadan dünyamızı təsəvvür etmək qətiyyən mümkün deyil.

Dünyamızın daimi və davamlı olaraq inkişaf etməkdə olduğunu hər birimiz müşahidə edirik və bütün istiqamətlərdə inkişafı görürük. Onu da görürük ki, həmin inkişafa da məhz informasiya və kommunikasiyaların çox böyük təsiri var. Daha dəqiq desək, davamlı olaraq inkişaf etməkdə olan dünyamız məhz həmin texnologiyalar sayəsində inkişafdadır. Əslində, etiraf etmək lazımdır ki, istənilən sahədə müşahidə edilən inkişaf elə məhz informasiya və kommunikasiyaları texnologiyaları sayəsində inkişafdadır. Çünki həmin texnologiyaların dinamik inkişafa töhvələrini kimsə təkzib edə, dana bilməz. Yəni, informasiya və kommunikasiyaları texnologiyalarının inkişafa nə kimi və necə təsir göstərdiyi göz önündədir deyə, bunun əksini söyləmək belə mümkün deyil. Xüsusən də qeyd etmək lazımdır ki, bütün sahələri əhatə edən, eləcə də bütün sahələrə siraət edən informasiya və kommunikasiya texnologiyalarının hansı dərəcədə tətbiq edilməsi məhz onun tətbiq olunduğu ölkənin, cəmiyyətin istər elmi, istərsə də iqtisadi potensialının göstəricisi sayılır.

Etiraf etmək lazımdır ki, dünya bazarında elektron biznesin rolu gündən-günə artmaqdadır. Elə buna görə də dünya bazarında ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti məhz həmin ölkələrin müasir tələblərə cavab verən informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə səviyyəsindən bilavasitə asılıdır. Bu baxımdan da, hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindən biri məhz informasiya və kommunikasiya texnologiyalarının tətbiq səviyyəsi hesab olunur. Əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin daha tez, daha sürətli və effektiv həll olunması, eləcə də yoxsulluq səviyyəsinin aşağı salınması üçün də tutarlı vasitələrdən biri məhz həmin texnologiyalardır. Həmin texnologiyalar sayəsində məhz elektron xidmətlərin yaradılması mümkün olub. Ölkəmizdə tətbiq olunan "Elektron Hökumət", eləcə də "ASAN xidmət" Azərbaycanda elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunələrdəndir və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, eləcə də sürətləndirilməsi baxımından əvəzsiz hesab olunur. Çünki operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların artırılması baxımında həmin texnologiyaların rolu olduqca böyükdür. Heç şübhəsiz ki, məhz bu baxımdan da dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən və prioritet məsələlərdən olan həmin o operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların artırılması cəmiyyətimiz, Azərbaycan ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilməsi başadüşüləndir.

Əlbəttə ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiq sahəsi sadalananlarla bitmir. Xüsusən qeyd etmək yerinə düşərdi ki, hazırda bütün dünyada bəzi hərbi toqquşmalar zamanı da üstünlük yalnız silah gücünə əldə edilmir və bu toqquşmalarda informasiyanın və yüksək texnologiyaların tətbiqi böyük üstünlüklər qazandırır. Bunun əsl nümunəsini biz özümüz məhz 44 günlük müharibə dönəmində də gördük və hansı üstünlüklər qazanıldığının da şahidi olduq. Şahidi olduq ki, qələbənin ən qısa zamanda əldə edilməsində yüksək texnologiyaların tətbiqi böyük rol oynadı. Hətta müharibə bitdikdən sonra onun da şahidi olduq ki, yüksək texnologiyaların tətbiqi sahəsində ölkəmizin təcrübəsi bütün dünyada həm öyrənilir, həm də tədris olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, əvvəla, yüksək texnologiyaların tətbiqinin böyük təsirə malik olduğu bütün dünyada qəbul olunur və digər tərəfdən də başqa sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində ölkəmizin dinamik inkişafı, irəliləyişi, öndə olması etiraf edilir. Əgər bizim təcrübəmiz öyrənilirsə və tədris olunursa, deməli, bu təcrübənin nəinki Ermənistandan, ümumiyyətlə, bir çox ölkələrdən üstün olduğu artıq çoxdan qəbul olunub. Qəbul olunur ki, Azərbaycan yüksək texnologiyaların tətbiqi istiqamətində də öndədir. Əgər bu texnologiyaların tətbiqi ilə önə çıxılırsa, deməli, artıq informasiya və kommunikasiya texnologiyaları olmadan dünyamızı təsəvvür belə etmək olmaz.

İnformasiyanın dünyamızda nə kimi rol oynadığını, informasiya texnologiyalarının nə qədər vacib olduğunu danmaq, təkzib etmək mümkünsüzdür. Xüsusən də nəzərə alsaq ki, silah gücünə həll edilməsi lazım gələn, bəzən də heç silah gücünə belə həll oluna bilməyən bəzi məsələlər hazırda məhz informasiya müstəvisində, informasiya meydanının köməyi ilə öz yoluna qoyulur. İnformasiyanın da mübadilə edildiyi internet indi artıq savaş meydanı kimi görünür. İnternetin köməyi ilə informasiyalar lazımınca istigfadə olunur və bunun faydasını etiraf etmək gərəkir. Ələlxüsus, qeyd etmək yerinə düşərdi ki, məhz internetin köməyi ilə hər bir ölkə öz tarixi, öz mədəniyyədi, özünün siyasi sistemi barədə informasiyaları geniş auditoriyaya çatdıra bilir. Bunun isə biz, məhz Azərbaycanın Qarabağ əraziləri ilə əlaqədar işğalçı ölkənin iddialarının əsassız olmasını isbat etməyimizdə nə qədər əvəzsiz olduğunu gördük. Azərbaycanla bağlı tarixi həqiqətlər, xalqımıza məxsus maddi-mədəni irs məhz informasiya və kommunikasiya texnologiyalarının, informasiyanın köməyi ilə bütün dünya ictimaiyyətinə çatdırılır. Çatdırılır ki, işğalçı ölkənin iddia etdikləri, daha dəqiq desək uydurduqları yalandır və onların özününküləşdirmək istədikləri bizə, bizim xalqımıza və dövlətimizə məxsusdur. Həmçinin ərazilərimizin, mədəni abidələrimizin, ədəbiyyatımızın, müsiqimizin belə bizə məxsus olduğunu sübut etmək üçün informasiyanın, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyəti artıq göz önündədir.

Bəli, döyüş meydanında Azərbaycanın mükəmməl qələbəsi, düşmənin isə, təslimiyyət aktı olan kapitulyasiya sənədinə imza atması, eləcə də bir sutkadan az müddətdə davam edən anti-terror tədbirləri ilə savaş bitib, amma informasiya cəbhəsində savaş hələ davam edir və nə qədər davam edəcəyi də bəlli deyil. Çünki işğalçılıq niyyətində, bizə məxsus olanları ələ keçirmək istəyində, özlərini haqlı, bizi isə haqsız çıxarmaq arzusunda olan erməni diasporu, erməni lobbisi, bütün dünya erməniləri Azərbaycan barədə yalan informasiyalar yaymaqla buna nail olmağa çalışırlar və bunun üçün hələ də səy göstərməkdədirlər. Əgər yalan informasiyalar yaymaqla ölkəmiz barədə həqiqətləri özr-basdır etməyə, öz məkrli niyyətlərini reallaşdırmağa çalışırlarsa, deməli, informasiya cəbhəsində də qələbə qazanmaq, düşməni məğlub etmək gərəkir. Daha dəqiq desək, tariximizi, mədəniyyətimizi, bizə məxsus olan dəyərləri, elə qələbəmizi də, uğurlarımızı da, haqlı, ədalətli mövqeyimizi də dünyaya çatdırmaq bu gün hər zaman olduğundan daha vacib hesab olunur. Bu baxımdan, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdən sayılır.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Избранный
91
29
sesqazeti.az

10Источники