Bir illik fasilədən sonra Misli Premyer Liqasına yenidən yüksələn "Şamaxı” klubu yoxlama oyununda "Zaqatala" ilə qarşılaşıb.
Görüş elita təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Şamaxı"nın heyətində Belajdi Pusi və Brahim Konate hərəyə 2 dəfə fərqləniblər, digər qolu isə Conatan Benteke vurub.
Əlavə edək ki, "Şamaxı"nın Misli Premyer Liqasının III turunda keçirilməli olan "Qarabağ"la oyunu təxirə salınıb.