RU

Artıq çəkinizin səbəbi bağırsaqlarınızdaki... - Araşdırma

Günümüzdə bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Bəs artıq çəkini yaradan nədir?

Teleqraf.com-un verdiyi məlumata görə, yeni bir araşdırmada bağırsaqlardakı bakteriyaların çəkini idarə etməyə imkan verdiyi aşkarlanıb.

İnsan orqanizmində hüceyrə sayından daha çox mikroorqanizm olduğu və bu kiçik canlılar qrupunun "mikrobiota" adlandırıldığı qeyd edilib.

Bağırsaqlarda yaşayan bu mikroorqanizmlərin həzmdən tutmuş immunitet sisteminə qədər bir çox bədən funksiyalarında mühüm rol oynayır və mikrobiotan piylənmə ilə yaxından əlaqəlidir.

Şişman insanların bağırsaqlarında arıq insanlara nisbətən fərqli bir mikrob quruluşunun olduğu müşahidə edilib. Bu fərq təkcə bakteriya tiplərində deyil, həm də bu bakteriyaların sayında və bağırsaqlarda da görünür.

Obez insanlarda yüksək enerjili qidaları daha effektiv enerjiyə çevirən daha çox bakteriya var. Bu vəziyyət bədənin həddindən artıq kalori qəbul etməsinə və onları yağ kimi saxlamasına səbəb olur.

Zərərli bakteriya növləri çoxaldıqca, faydalı bakteriya növləri azaldıqca emal olunmuş qidalar yeyən və oturaq həyat tərzi keçirən insanlarda piylənmə riskinin artır. Sağlam həyat üçün bağırsaq sağlamlığına, qidalanma və idmana diqqət yetirilməlidir.


Müəllif: Mələksəda Zeynallı
Избранный
118
29
teleqraf.com

10Источники