RU

Azərbaycan təmsilçiləri Moskvadakı turniri 8 medalla başa vurublar

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan təmsilçiləri Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş I dünya korporativ oyunlarında 8 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanı yarışlarda təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar oyunları 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Oyunların şahmat yarışlarında AZAL-ın əməkdaşı Fidan Ağasıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Daha bir qızıl medalı isə voleybol yarışlarında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası əldə edib.

Stolüstü tennisçi Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışlarında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.

Basketbol yarışlarında A finalında mübarizə aparan kişilərdən ibarət komanda (Fövqəladə Hallar Nazirliyi) bürünclə kifayətlənib. B finalında mübarizə aparan basketbol üzrə qadınlardan ibarət komanda (AZAL) gümüş, voleybol üzrə qadınlardan ibarət komanda (SOCAR) isə üçüncü yerə sahib çıxıb.

Избранный
8
11
azertag.az

8Источники