RU

Yemək yeyərkən kompot içmək olar? - Mütəxəssisdən AÇIQLAMA

"Orqanizmin maye balansını təmin etmək üçün gün ərzində lazımi miqdarda su içmək lazımdır". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, çəkisi 100 kiloqramdan aşağı olan insanlarda 1 kiloqram bədən çəkisinə görə 30 ML ilə suyun miqdarını hesablamaq olar:

"Bəzi insanlar orqanizmin maye balansını təmin etmədiyi üçün yemək yeyərkən hər hansısa su içməyə ehtiyac duyurlar. Bu zaman isə daha çox şirin qazlı, rəngli içkilər və kompot içirlər. Amma kompotun tərkibindəki şirə qəbul olunan qidanın tərkibindəki vitamin və minerallarla reaksiyaya girərək həzmi çətinləşdirə bilər. Həmçinin, şişkinliyə də səbəb olur. Ona görə də yemək yeyərkən kompot içməmək tövsiyə olunur".

356269

Ekspert kompot içmək üçün ən uyğun vaxtları da diqqətə çatdırıb:

"Günün birinci yarısında sərinləşdirici içki kimi kompotdan istifadə oluna bilər. Lakin miqdarı keçməmək lazımdır. Unutmayın ki, kompotu günün birinci yarısında içəndə orqanizmə enerji verir, yeməklə birlikdə qəbul edəndə isə əks təsir göstərir".

Lakin mütəxəssis əlavə edib ki, gün ərzində normal maye miqdarını qəbul etməyən insanlar isə yemək yeyərkən yarım stəkan suyu qurtum-qurtum içə bilərlər:

"Əslində, yeməkdən bir saat əvvəl bir stəkan suyun içilməsi tövsiyə olunur. Həmçinin, yeməkdən 40-45 dəqiqə sonra su içmək olar.

Yeməklə birlikdə su və ya hər hansısa mayenin qəbul olunması qidaların düzgün şəkildə həzm olunmadan parçalanmadan bağırsaqlara keçməsinə gətirib çıxarır. Bu isə orqanizmdə qəbul olunan qidaların tərkibindəki mikro və makro elementlərdən yararlanmağımızın qarşısını alır".

Məhsəti Hüseynovanın sözlərinə görə, yeməkdən dərhal sonra çay içmək də məsləhət deyil:

"Xüsusilə ət və ət tərkibli qidaları qəbul edərkən onun tərkibindəki dəmir çayla birlikdə reaksiyaya girir. Bu isə orqanizmdə dəmirin sovrulmasının qarşısını alır. Həmin çayı şirniyyatla birlikdə içəndə isə artıq kalori qəbul olunur və həzm sistemi pozulur. Əgər ağır, yağlı qida qəbul olunubsa, az miqdarda sadə çay içə bilərsiniz. 

Bu zamanda miqdarı keçməmək və sadəcə bir stəkan qəbul etmək lazımdır. Çayı yeməkdən 50 dəqiqə sonra qəbul etmək faydalıdır. Bu həzm sisteminə kömək olacaq. Çay içmək zamanına da diqqət etmək lazımdır".

Pərviz

Избранный
121
12
hit.az

10Источники