AZ

Altay dağlarında itən gənc cütlük üç gündür axtarılır

Gənc oğlan və qız Altayda dağa dırmaşarkən itkin düşüblər. Məlumata görə üç gündür ki, onlar axtarılır.

Editor.az “Katun 24”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nəşrin məlumatına görə, 2004-cü il təvəllüdlü yeniyetmə və 2005-ci il təvəllüdlü qız Sinyuxa dağına qalxmaq qərarına gəlib. Cütlük qohumları ilə sonuncu dəfə avqustun 17-də əlaqə saxlayıb və o vaxtdan onların harada olduqları məlum deyil. Rabitə kəsiləndə yaxınları xilasedicilər və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. İtkin düşənlərin axtarışı avqustun 18-də başlayıb və könüllülərin iştirakı ilə avqustun 19-da davam edib.

Avqustun 20-də müxtəlif idarə və təşkilatlardan 25 əməkdaş, eləcə də könüllülər cütlüyün axtarışında olub. Rusiya İstintaq Komitəsinin Regional İstintaq İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
22
editor.az

10Mənbələr