AZ

TƏCİLİ! Azərbaycanda avtobus QƏZAYA DÜŞDÜ: ÖLƏN VAR

Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

News24.az “Report”a istinadən verir ki, hadisə “Saray körpüsü”ün yaxınlığına qeydə alınıb.

1961-ci il təvəllüdlü Ağayev Namiq Sabir oğlunun idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən “Paz” markalı 10-JR-983 nömrə nişanlı avtobus, 2005-ci il təvəllüdlü Mirzəyev Cavidan İsmayıl oğlunun idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20-EK-097 nömrə nişanlı avtomobillə toqquşub.

Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilsə də, aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
22
news24.az

10Mənbələr