Amerikalı mühəndis və sahibkar İlon Mask ABŞ hökumətində işləməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Qərb KİV-i Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Maska onun administrasiyasında, ola bilsin ki, məsləhətçi vəzifəsi təklif olunacağı barədə məlumat yayıb.
“Xidmət etməyə hazıram”, – Mask sosial şəbəkədəki X səhifəsində yazıb.
İş adamı “Hökumət Effektivliyi Departamenti” yazısı olan podiumun arxasında dayandığı fotonu da dərc edib.
Bu uydurma departamentin abbreviaturası ingilis dilində “DOGE”-dir, gülən itin məşhur internet meminə istinaddır.
Daha əvvəl Mask X sosial şəbəkəsinin “Spaces” platformasında keçmiş prezident Donald Trampla müsahibə aparıb, iyulda isə həmin sosial şəbəkədəki səhifəsində Trampı prezidentlik yarışında dəstəklədiyini bildirib.